Xəbərlər
Bildiriş
10-07-2024
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 06.03.2024-cü il tarixində dövlət satınalmalarının vahid internet Portalında (https://www.etender.gov.az) elan edilmiş Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri sorğusunun keçirilməsi xidmətinin satın alınmasına dair açıq tender üzrə Satınalmalar komissiyasının 02.05.2024-cü il tarixli qərarına əsasən "Birgə iştirak haqqında" Razılaşma əsasında fəaliyyət (birgə fəaliyyət) göstərən “Omniverse Group” MMC (VÖEN: 1700745551) və "Prinsipal" MMC ((VÖEN: 2004013531) qalib elan edilmişdir. Qalib təchizatçılar ilə vergilər daxil 126.481,00 (bir yüz iyirmi altı min dörd yüz səksən bir) manat məbləğində və icra müddəti 1 (bir) il olan 05 iyul 2024-cü il tarixli 17/2/24 nömrəli satınalma müqaviləsi imzalanmışdır.