Xəbərlər

Bildiriş

10-07-2024

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 05.03.2024-cü il tarixində dövlət satınalmalarının vahid internet Portalında (https://www.etender.gov.az) elan edilmiş Dəftərxana mallarının satın alınmasına dair açıq tender üzrə Satınalmalar komissiyasının 31.05.2024-cü il tarixli qərarına əsasən “A4 Ofis” MMC (VÖEN: 2002760381) qalib elan edilmişdir. Qalib təchizatçı ilə vergilər daxil 63.522,49 (altmış üç min beş yüz iyirmi iki manat 49 qəpik) manat  məbləğində və icra müddəti 1 (bir) il olan 04 iyul 2024-cü il tarixli 17/1/24 nömrəli satınalma müqaviləsi imzalanmışdır.