Xəbərlər
Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi qrupunun iclası keçiriləcək
15-07-2024
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi qrupunun 18 iyul 2024-cü il tarixində saat 15:00-da Mərkəzi Bankın inzibati binasında iclasının keçirilməsi nəzərdə tutulur.
İclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Maliyyə xidmətləri” indikatoru ilə bağlı təsdiq edilmiş 2024-cü il üzrə Yol Xəritəsi təqdim ediləcəkdir. İclasda həmçinin İşçi qrupunun iclasının qərarlarının icra vəziyyəti, habelə 2024-cü il üzrə Fəaliyyət Planı çərçivəsində I yarımil ərzində görülmüş işlər haqqında məlumatların verilməsi və müzakirələrin aparılması nəzərdə tutulur.
YER: Mərkəzi Bankın inzibati binası, R.Behbudov küç. 90.
Dİgər xəbərlər
03-12-2024
Valyuta hərracı barədə