Xəbərlər

Sığorta sektorunda ləğv edilmiş lisenziyalar barədə məlumat

19-07-2024

19.07.2024-cü il, Bakı – “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 107.1.1-ci maddəsinə müvafiq olaraq, könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 08 iyul 2024-cü il tarixli qərarına əsasən Sahibsoy Tural Sahib oğluna sığorta agenti fəaliyyətinə verilmiş 04 dekabr 2015-ci il tarixli, 087753 nömrəli lisenziya ləğv edilmişdir.  

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin həmin tarixli qərarı ilə Qanunun 107.1.3-cü maddəsinə əsasən 12 ay ərzində lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın, lisenziyanın qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığını nəzərə alaraq, Məmmədov Tərlan Vidadi oğluna (17 dekabr 2020-ci il tarixli, SA-0187 nömrəli) və Rüstəmov Musa Vəli oğluna (16 mart 2009-cu il tarixli, 000047 nömrəli) sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilmişdir.