Xəbərlər
Təkliflərin cəlb edilməsi barədə elan
03-09-2024
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı (Bakı şəhəri, R.Behbudov küçəsi 90) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Poçt (kuryer) xidmətlərinin açıq tender metodu ilə satın alınmasını keçirir.
2. Təkliflərin açılma proseduru 27 sentyabr 2024-cü il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.
3. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 250 (iki yüz əlli) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə açıq tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər.
İştirak haqqı satınalmanın ləğv edildiyi və həmin satınalma predmetləri üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.
4. Açıq tenderdə iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan digər sənədləri əlavə edərək 27 sentyabr 2024-cü il saat 17:00-a qədər Portal vasitəsi ilə təqdim etməlidirlər.
5. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
6. Xidmətin təqdim edilməsi müddəti: satınalma müqavilə imzalandığı tarixdən 1 (bir) il müddətində.
9. Qiymətləndirmə meyarı: qiymət amili.
10. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.
Açıq tender üzrə əlaqələndirici şəxs: Abdulla Cabir oğlu Böyükkişiyev
Vəzifəsi: Böyük mütəxəssis,
Elektron poçt ünvanı: Abdulla_Boyukkishiyev@cbar.az
Satınalmalar komissiyası