Xəbərlər
Mərkəzi Bank ilə İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
25-09-2024
25 sentyabr 2024-cü il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumun əsas məqsədi ölkədə islami sığorta xidmətlərindən istifadəni genişləndirmək üçün qurumlar arasında əməkdaşlığın hüquqi çərçivəsinin təmin edilməsidir.
Anlaşma Memorandumu çərçivəsində qurumlar arasında islami sığorta sahəsində təcrübə mübadiləsinin, müxtəlif təlim və seminarların təşkili, eləcə də qarşılıqlı səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.
Bu əməkdaşlıq ölkədə yeni maliyyə alətlərinin tətbiqinin genişlənməsinə, bununla da ölkəyə investisiya axınının sürətlənməsinə töhfə verəcək.
Dİgər xəbərlər
05-06-2025
Təkliflərin cəlb edilməsi barədə elan
05-06-2025
Bildiriş
03-06-2025
Bildiriş