Xəbərlər

Təkliflərin cəlb edilməsi barədə elan

26-09-2024

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı (Bakı şəhəri, R.Behbudov küçəsi 90) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nəqliyyat vasitələrinin sığortalanması xidmətinin satın alınması üzrə kotirovka sorğusu keçirir.

2. Təkliflərin açılma proseduru 16 oktyabr 2024-cü il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.

3. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kotirovka sorğusu mikro, kiçik və orta sahibkarlıq subyekti olan təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndiriləcək.

4. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 93,80 (doxsan üç manat 80 qəpik) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə kotirovka sorğusunun şərtlər toplusunu əldə edə bilərlər.

İştirak haqqı yalnız satınalmanın ləğv edildiyi və həmin satınalma predmeti üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.

5. Kotirovka sorğusunda iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 16 oktyabr 2024-cü il saat 17:00-a qədər Portal vasitəsi ilə təqdim etməlidirlər.

6. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.

7. Xidmətin göstərilmə müddəti: 01 yanvar 2025-ci ildən etibarən 1 (bir) il müddətində göstərilməlidir.

8. Qiymətləndirmə meyarı: qiymət amili.

9. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.

Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.

Kotirovka sorğusu üzrə əlaqələndirici şəxs: Abdulla Cabir oğlu Böyükkişiyev

Vəzifəsi: Böyük mütəxəssis

Elektron poçt ünvanı: abdulla_boyukkishiyev@cbar.az

Satınalmalar komissiyası

Dİgər xəbərlər

21-11-2024