Xəbərlər
Təkliflərin cəlb edilməsi barədə elan
30-09-2024
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq XDR virus və təhdidlərə qarşı aşkarlama/reaksiya və SOAR təhdid kəşfiyyatının idarə edilməsi sistemlərinin satın alınmasına dair açıq tender keçirir.
2. Təkliflərin açılma proseduru 23 oktyabr 2024-cü il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.
3. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 450 (dörd yüz əlli) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə açıq tenderin şərtlər toplusunu əldə edə bilərlər.
İştirak haqqı satınalmanın ləğv edildiyi və həmin satınalma predmetləri üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.
4. Açıq tenderdə iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 23 oktyabr 2024-cü il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.
5. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
6. Malların təslim müddəti: 30 (otuz) iş günü müddətində.
7. Qiymətləndirmə meyarı: qiymət amili.
8. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.
Açıq tender üzrə əlaqələndirici şəxs:
Könül Zakir qızı Əliyeva
Vəzifəsi: Aparıcı mütəxəssis
Konul_Aliyeva@cbar.az
Dİgər xəbərlər
21-11-2024
Bildiriş
21-11-2024
Valyuta hərracı barədə
19-11-2024
Valyuta hərracı barədə