Xəbərlər
Azərbaycan Respublikasının Mərkəzi Bankının balansında olan nəqliyyat vasitələrinin hərracı haqqında elan
15-10-2024
26 noyabr 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikasının Mərkəzi Bankının balansında olan nəqliyyat vasitələri hərraca çıxarılacaq.
Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər:
Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti, olduğu halda VÖEN-in surəti;
Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;
Azərbaycan Respublikasının Mərkəzi Bankının hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.
Diqqət: Sənədlər beh ödənişinin bankın hesabına hərracın başlanmasına ən geci 3 bank günü qalanadək daxil olduğu təqdirdə qəbul ediləcəkdir.
Ətraflı məlumat üçün link:
https://emlak.gov.az/az/news/view
Dİgər xəbərlər