Xəbərlər
Təkliflərin cəlb edilməsi barədə elan
26-11-2024
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi veb səhifəsinin yenilənməsi xidmətinin satın alınması üzrə kotirovka sorğusu keçirir.
2. Təkliflərin açılma proseduru 10 dekabr 2024-cü il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.
3. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kotirovka sorğusu mikro, kiçik və orta sahibkarlıq subyekti olan təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndiriləcək.
4. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 114,60 (yüz on dörd manat 60 qəpik) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə kotirovka sorğusunun şərtlər toplusunu əldə edə bilərlər.
İştirak haqqı satınalmanın ləğv edildiyi və həmin satınalma predmetləri üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.
5. Kotirovka sorğusunda iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 10 dekabr 2024-cü il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.
6. Satınalmaya başlanma vaxtı: Satınalma müqaviləsi imzalandığı tarixdən qüvvəyə minir.
7. Xidmətin göstərilməsi müddəti: Müqavilə üzrə veb səhifənin yenilənməsi xidməti Müqavilə imzalandığı tarixdən 6 (altı) aydan çox olmamaqla, texniki dəstək xidməti isə veb səhifə təhvil verildiyi tarixdən 1 (bir) il müddətində həyata keçiriləcəkQiymətləndirmə meyarı: qiymət amili.
8. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.
Kotirovka sorğusu üzrə əlaqələndirici şəxs:
Kamalova Həcər Kamal qızı
Satınalma mütəxəssisi
Hajar_Kamalova@cbar.az
Satınalmalar komissiyası
Dİgər xəbərlər
26-11-2024
Valyuta hərracı barədə