Xəbərlər
Banklarda müştəri uyğunluğu tədbirlərinin tətbiqinə dair görüş keçirilib
24-01-2025
24 yanvar 2025-ci il: Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin, Azərbaycan Banklar Assosiasiyasının (ABA), habelə ölkədə fəaliyyət göstərən bütün bankların rəhbər şəxslərinin və komplayens mütəxəssislərinin iştirakı ilə görüş keçirilib.
23 yanvar tarixində baş tutan görüşdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə məqsədilə müştəri uyğunluğu tədbirlərinin tətbiqi zamanı bankların üzləşdiyi çətinliklər və onların həlli məsələləri müzakirə edilib.
Tədbirdə müvafiq sahə üzrə beynəlxalq standartların tələbləri, milli qanunvericilik çərçivəsi və müştəri uyğunluğu tədbirlərinin tətbiqi üzrə risk-əsaslı yanaşmaya dair Maliyyə Monitorinqi Xidmətinin təqdimatı keçirilib, bu istiqamətdə təkliflər müzakirə olunub.
Görüş nəticəsində müştəri uyğunluğu tədbirləri üzrə normativ bazanın təkmilləşdirilməsi məqsədilə fəaliyyət göstərən və Mərkəzi Bankın, Maliyyə Monitorinqi Xidmətinin və ABA-nın nümayəndələrindən ibarət işçi qrupu tərəfindən müvafiq istiqamətdə birgə işin davam etdirilməsi barədə razılıq əldə edilib.
Dİgər xəbərlər
05-06-2025
Təkliflərin cəlb edilməsi barədə elan
05-06-2025
Bildiriş
03-06-2025
Bildiriş