Xəbərlər

Təkliflərin cəlb edilməsi barədə elan

19-03-2025

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Məlumatların idarəedilməsinin (Data Governance) qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə məsləhət xidmətinin satın alınmasına dair açıq tender keçirir.

2. Təkliflərin açılma proseduru 21 aprel 2025-ci il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.

3. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 450 (dörd yüz əlli) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə açıq tenderin şərtlər toplusunu əldə edə bilərlər.

İştirak haqqı satınalmanın ləğv edildiyi və həmin satınalma predmetləri üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.

4. Açıq tenderdə iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 21 aprel 2025-ci il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

5. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.

6. Xidmətlərin göstərilməsi müddəti: müqavilə imzalandığı tarixindən etibarən şərtlər toplusunda qeyd edilən xidmətlərin icra qrafikinə əsasən mərhələlər üzrə.

7. Qiymətləndirmə meyarı: qiymət amili.

8. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.

Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.

Açıq tender üzrə əlaqələndirici şəxs:

Həcər Kamal qızı Kamalova

Vəzifəsi: Mütəxəssis

Hajar_Kamalova@cbar.az