Xəbərlər
Mərkəzi Bankda sığorta sektorunda rəqəmsal transformasiya və innovasiyaların təşviqi mövzusunda tədbir təşkil olunub
21-04-2025
21 aprel 2025-ci il, Bakı: Mərkəzi Bank tərəfindən maliyyə sektorunda rəqəmsal transformasiyanın tətbiqinin sürətləndirilməsi diqqətdə saxlanılır və bu istiqamətdə mühüm təşəbbüslər həyata keçirilir. Bu təşəbbüslərdən növbətisi 17 aprel tarixində Mərkəzi Bankda sığorta sektorunda rəqəmsal transformasiya və innovasiyaların təşviqi mövzusunda tədbirin keçirilməsi olub.
Tədbir Azərbaycan Sığortaçılar Assosiasiyasının və ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin rəhbər şəxslərinin iştirakı ilə keçirilib.
İnteraktiv formada keçən tədbir çərçivəsində sığorta sahəsində rəqəmsallaşma prosesləri, texnoloji həllərin tətbiqi, startaplarla əməkdaşlıq imkanları, eləcə də sığorta texnologiyalarının gələcək perspektivləri müzakirə olunub. Mərkəzi Bankın ekspertləri ilə tədbir iştirakçıları arasında texnoloji inkişaf dövründə qarşıya çıxan çağırışlar və imkanlar barədə fikir mübadiləsi aparılıb. Həmçinin iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.
Dİgər xəbərlər
05-05-2026
Mərkəzi Bankın məlumatı