Xəbərlər
Mərkəzi Bankın nümayəndə heyəti ABŞ-də işgüzar səfərdədir
24-04-2025
24 aprel 2025-cü il, Bakı: Mərkəzi Bank sədrinin birinci müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-də işgüzar səfərdədir.
Səfər zamanı nümayəndə heyəti Vaşinqton şəhərində keçiriləcək Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Yaz Toplantıları çərçivəsində müxtəlif tədbirlərdə və Mərkəzi Bank ilə əməkdaşlıq edən bir sıra maliyyə-investisiya institutlarının rəhbərliyi ilə ikitərəfli görüşlərdə iştirak edəcək.
Həmçinin səfər çərçivəsində nümayəndə heyətinin ABŞ - Azərbaycan Ticarət Palatası tərəfindən təşkil ediləcək "Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ arasında maliyyə tərəfdaşlığının gücləndirilməsi" mövzusunda regional maliyyə konfransında iştirakı da nəzərdə tutulur.
Dİgər xəbərlər
24-04-2025
Mərkəzi Bankda bir sıra səhmdar cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib
24-04-2025
Bildiriş
23-04-2025
Bildiriş