Xəbərlər

Mərkəzi Bank tərəfindən Dayanıqlı maliyyə hesabatı açıqlanıb

30-04-2025

30 aprel, 2025-ci il, Bakı: Mərkəzi Bank tərəfindən 2024-cü ildə Dayanıqlı maliyyə üzrə Yol Xəritəsi çərçivəsində həyata keçirilmiş tədbirləri əhatə edən illik Dayanıqlı maliyyə hesabatı Bankın rəsmi veb-səhifəsində açıqlanıb.

 

Dayanıqlı maliyyə sahəsində qabaqcıl beynəlxalq təcrübələrə əsaslanan hesabat, maliyyə sektorunda şəffaflığın artırılması və iqlim dəyişiklikləri ilə bağlı risklərin idarə olunmasına yönəlmiş tədbirlərin geniş ictimaiyyətə açıqlanması məqsədilə hazırlanıb. Hesabat üç əsas bölmədən ibarət olmaqla ölkənin dayanıqlı sosial-iqtisadi inkişaf gündəliyini, qlobal iqlim risklərini, Mərkəzi Bankın bu sahədə həyata keçirdiyi təşəbbüsləri və 2025-ci il üçün planlaşdırılan addımları əhatə edir.

 

2024-cü il üzrə Dayanıqlı maliyyə hesabatını nəzərdən keçirmək üçün bu linkə daxil ola bilərsiniz:

https://uploads.cbar.az/assets/04a109bbc44f7de454ff57d42.pdf

 

Dİgər xəbərlər

05-06-2025

03-06-2025