Xəbərlər

Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri barədə

01-05-2025

2025-ci il; Bakı – 29 aprel 2025-ci il tarixində sığorta sahəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankında attestasiya keçirilmişdir.

Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 2 nəfər (siyahı əlavə  olunur) keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.

Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 4.6-cı bəndinə əsasən hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin icra orqanının rəhbəri, habelə fiziki şəxs sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

 

Attestasiyanın nəticələrinə dair məlumat

                                                                       (sığorta vasitəçiləri)

Soyad, ad, ata adı

Topladığı bal

1.     

Əliyev Elvin Zakir oğlu

83 bal

2.     

Məmmədov Rövşən Sadığ oğlu

70 bal

3.     

Şirinzadə Əhliman Umud oğlu

58 bal

 

Dİgər xəbərlər

05-06-2025

03-06-2025