Xəbərlər

Mərkəzi Bank tərəfindən ASC “Xalq” Bankına investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirmək hüququ verən lisenziya verilib

15-05-2025

15 may 2025, Bakı: “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 74-3.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Açıq Səhmdar Cəmiyyəti "Xalq" Bankına 07.05.2025-ci il tarixində investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirməyə icazə verən İXB-01 nömrəli müddətsiz lisenziya verilib.