Xəbərlər

Təkliflərin cəlb edilməsi barədə elan

15-09-2025

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Server, kompüter və rabitə avadanlıqlarının ehtiyat hissələrinin satın alınmasına dair açıq tender keçirir.

2. Təkliflərin açılma proseduru 7 oktyabr 2025-ci il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.

3. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 250 (iki yüz əlli) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə açıq tenderin şərtlər toplusunu əldə edə bilərlər.

İştirak haqqı satınalmanın ləğv edildiyi və həmin satınalma predmetləri üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.

4. Açıq tenderdə iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 7 oktyabr 2025-ci il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

5. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.

6. Malların təslim müddəti: 45 (qırx beş) iş günü müddətində.

7. Qiymətləndirmə meyarı: qiymət amili.

8. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.

Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.

Açıq tender üzrə əlaqələndirici şəxs:

Könül Zakir qızı Əliyeva

Vəzifəsi: Aparıcı mütəxəssis

Konul_Aliyeva@cbar.az