Xəbərlər

Təkliflərin cəlb edilməsi barədə elan

24-11-2025

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı (Bakı şəhəri, R.Behbudov küçəsi 90) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Fintex ekosistemində məlumatlılığın artırılması və Azərbaycan Respublikasının Mərkəzi Bankının fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə tədbirin təşkili xidmətinin açıq tender metodu ilə satın alınmasını keçirir.

2. Təkliflərin açılma proseduru 16 dekabr 2025-ci il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.

3. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 40,6 (qırx manat 60 qəpik) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə müsabiqənin əsas şərtlər toplusunu əldə edə bilərlər.

İştirak haqqı yalnız satınalmanın ləğv edildiyi və həmin satınalma predmeti üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.

4. Açıq tenderdə iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 16 dekabr 2025-ci il saat 17:00-a qədər Portal vasitəsi ilə təqdim etməlidirlər.

5. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.

6. Malın təqdim edilməsi müddəti: Satınalma müqaviləsinin imzalandığı tarixdən etibarən 1 (bir) il ərzində Satınalan təşkilatın sifarişlər əsasında.

7. Qiymətləndirmə meyarı: qiymət amili.

8. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.

Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.

Açıq tender üzrə əlaqələndirici şəxs:

Günay Əlihüseyn qızı Əhmədli

Satınalma mütəxəssisi

Gunay_Ahmadli@cbar.az



Satınalmalar komissiyası