Xəbərlər

Mərkəzi Bank tərəfindən Xızıda vətəndaşların səyyar qəbulu keçiriləcək

28-11-2025

28 noyabr 2025-ci il, Bakı:  Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi davam etdirilir. Bu təşəbbüslər sırasında ölkə ərazisində səyyar vətəndaş qəbullarının keçirilməsi mühüm yer tutur.

 

Növbəti səyyar qəbul 3 dekabr tarixində Xızı rayonunda keçiriləcəkdir. Qeyd edilən tarixdə qəbul Xızı, Abşeron, Sumqayıt inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcəkdir.

 

Qəbul zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcəkdir.

 

Qeyd edək ki, qəbula dair müraciətləri Mərkəzi Bankın 966 Qaynar xətti və +994 55 966 19 66 “Whatsapp” nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.