Xəbərlər

Azərbaycan Respublikasının Mərkəzi Bankının balansında olan nəqliyyat vasitələrinin hərracı haqqında elan

19-12-2025

25 dekabr 2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikasının Mərkəzi Bankının balansında olan nəqliyyat vasitələri hərraca çıxarılacaq.


Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər:


Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;


Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti, olduğu halda VÖEN-in surəti;


Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;


Azərbaycan Respublikasının Mərkəzi Bankının hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.


Diqqət: Sənədlər beh ödənişinin bankın hesabına hərracın başlanmasına ən geci 3 bank günü qalanadək daxil olduğu təqdirdə qəbul ediləcəkdir.

 

Ətraflı məlumat üçün link: 

25 dekabr 2025-ci il tarixində saat 10:00-da hərraca çıxarılacaq Azərbaycan Respublikasının Mərkəzi Bankının balansında olan nəqliyyat vasitələri haqqında elan

 

https://auksion.gov.az/lots?categoryId=41