Xəbərlər
Sığorta sektorunda ləğv edilmiş lisenziyalar barədə məlumat
19-12-2025
18.12.2025-ci il, Bakı – “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciətlər əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 dekabr 2025-ci il tarixli Qərarına əsasən adları siyahıda qeyd olunmuş (əlavə olunur) 1 (bir) hüquqi şəxsə və 3 (üç) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilmişdir.
İdarə Heyətinin eyni tarixli Qərarı ilə Qanunun 107.1.3-cü maddəsinə əsasən 12 ay ərzində lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın, lisenziyanın qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığını nəzərə alaraq, 1 (bir) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziya ləğv edilmişdir.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci və 107.1.3-cü maddələrinə əsasən lisenziyaları ləğv edilən sığorta agentlərinin
SİYAHISI
|
№ |
Sığorta agentinin adı |
Lisenziyanın tarixi |
Lisenziyanın nömrəsi |
VÖEN |
Ləğvin hüquqi əsası |
|
1 |
Əliyeva Aysun Elxan qızı |
20.08.2024 |
SA-0342 |
6404336382 |
“Sığorta fəaliyyəti haqqında” AR Qanunu, 107.1.1-ci maddə |
|
2 |
Həsənov Elnur Yahya oğlu |
28.04.2009 |
000057 |
2301159412 |
“Sığorta fəaliyyəti haqqında” AR Qanunu, 107.1.1-ci maddə |
|
3 |
Quliyev Elçin Mahir oğlu |
05.10.2018 |
SA-0094 |
1404342122 |
“Sığorta fəaliyyəti haqqında” AR Qanunu, 107.1.3-cü maddə |
|
4 |
Nəbiyev Səbuhi Zakir oğlu |
24.01.2012 |
000528 |
8300585052 |
“Sığorta fəaliyyəti haqqında” AR Qanunu, 107.1.1-ci maddə |
|
5 |
Bank Olmayan Kredit Təşkilatı “İDEAL KREDİT” MMC |
11.01.2021 |
SA-0212 |
1300480591 |
“Sığorta fəaliyyəti haqqında” AR Qanunu, 107.1.1-ci maddə |