Xəbərlər

Təkliflərin cəlb edilməsi barədə elan

19-12-2025

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı (Bakı şəhəri, R.Behbudov küçəsi 90) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Yanacağın daşınması xidmətinin satın alınması üzrə kotirovka sorğusu keçirir.
 
2. Təkliflərin açılma proseduru 09 yanvar 2026-cı il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.
 
3. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kotirovka sorğusu mikro, kiçik və orta sahibkarlıq subyekti olan təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndiriləcək. 
 
4. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 10,00 (on) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə müsabiqənin əsas şərtlər toplusunu əldə edə bilərlər.
 
İştirak haqqı yalnız satınalmanın ləğv edildiyi və həmin satınalma predmeti üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.  
 
5. Kotirovka sorğusunda iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 09 yanvar 2026-cı il saat 17:00-a qədər Portal vasitəsi ilə təqdim etməlidirlər.
 
6. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
 
7. Xidmətin göstərilməsi müddəti: satınalma müqavilə imzalandığı tarixdən 1 (bir) il müddətində Satınalan təşkilatın sifarişləri əsasında müəyyən edilmiş tarixlərdə.
 
8. Qiymətləndirmə meyarı: qiymət amili. 
 
9. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
 
Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.
 
Kotirovka sorğusu üzrə əlaqələndirici şəxs: Abdulla Cabir oğlu Böyükkişiyev
 
Vəzifəsi: Böyük mütəxəssis 
 
Elektron poçt ünvanı: Abdulla_Boyukkishiyev@cbar.az
 
Satınalmalar komissiyası