Xəbərlər

Sığorta sektorunda dayandırılmış lisenziya barədə məlumat

03-02-2026

03.02.2026-cı il, Bakı: “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun  (Qanun) 106.1.1-ci maddəsinə əsasən Qanun əsasında verilmiş təqdimatın vaxtında və (və ya) tam yerinə yetirilməməsi ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankının 03 fevral 2026-cı il tarixli Qərarı ilə “Z Corporation” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 11 yanvar 2021-ci il tarixli, SA-0211 nömrəli lisenziyanın qüvvəsi 1 (bir) ay müddətinə dayandırılmışdır.