Xəbərlər

Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri barədə

26-02-2026

2026-cı il; Bakı – 20 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankında aktuari şəhadətnaməsi almaq üçün “Sığorta qanunvericiliyi və sığorta sektoru üzrə Mərkəzi Banka təqdim edilən hesabatlar” mövzusu üzrə attestasiya keçirilmişdir.

Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 3 nəfər (siyahı əlavə  olunur) keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.

Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 5.5-ci bəndinə əsasən attestasiyada iştirak edən şəxs müvafiq mövzu üzrə 60 balı topladıqda attestasiyadan keçmiş hesab olunur.

 

Attestasiyanın nəticələrinə dair məlumat

                                                                            (aktuarilər)

 

Soyad, ad, ata adı

Topladığı bal

1.     

Mirzəlyev Ağa Elbrus oğlu

64 bal

2.     

Məmmədova-Əhmədova Tamella Rəfail qızı

72 bal

3.     

Vəliyev Sənan Novruz oğlu

74 bal