Xəbərlər

Mərkəzi Bankın məlumatı

05-05-2026

5 may 2026-cı il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 6 may 2026-cı il tarixində saat 10:00-da dərc olunacaq. Həmin gün saat 11:00-da Mərkəzi Bankda mətbuat konfransı keçiriləcək.

 

Mətbuat konfransı Mərkəzi Bankın rəsmi veb-saytı, "Youtube" kanalı və “Facebook” hesabı üzərindən canlı yayımlanacaq.