Xəbərlər

Sığorta sektorunda dayandırılmış lisenziyalar barədə məlumat

15-05-2026

15.05.2026-cı il, Bakı: “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun  (Qanun) 106.1.1-ci maddəsinə əsasən Qanun əsasında verilmiş təqdimatın vaxtında və (və ya) tam yerinə yetirilməməsi ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankının 14 may 2026-cı il tarixli Qərarı ilə “CİB Sığorta Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 01 dekabr 2022-ci il tarixli, SA-0264 nömrəli lisenziyanın qüvvəsi 3 (üç) ay müddətinə dayandırılmışdır.                                       

 

Azərbaycan Respublikası Mərkəzi Bankının eyni tarixli Qərarı ilə Qanunun 106.1.10-cu maddəsinə əsasən müvafiq hesabatın təqdim edilməməsi ilə əlaqədar siyahıda adları qeyd edilən (siyahı əlavə olunur) 1 (bir) hüquqi şəxs olan sığorta brokeri, 2 (iki) nəfər fiziki şəxs olan sığorta brokeri və 7 (yeddi) nəfər fiziki şəxs olan sığorta agentinə verilmiş lisenziyaların qüvvəsi 1 (bir) ay müddətinə dayandırılmışdır.

 

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 106.1.10-cu maddəsinə əsasən lisenziyalarının qüvvəsi dayandırılmış sığorta vasitəçilərinin

 SİYAHISI

 

Sığorta vasitəçisinin adı

Fəaliyyət

növü

Lisenziyanın

tarixi

Lisenziyanın nömrəsi

VÖEN

1

 Əliyev Rasim Balo oğlu

Agent

24.01.2014

080507

8300098342

2

 Hacılı Elşən Sakin oğlu

Agent

07.06.2023

SA-0287

1007981582

3

 Həsənov Anar Əflatun oğlu

Agent

18.06.2019

SA-0152

2003661362

4

 İbrahimov Ramil Tofiq oğlu

Agent

29.12.2020

SA-0191

2001497122

5

 İsmayılov Fuad Beytxan oğlu

Broker

22.06.2009

000183

1401564242

6

 Lütfəliyev Qadir Şahin oğlu

Agent

25.05.2023

SA-0286

1905459122

7

 Mahmudov Mirmehdi Mircəlal oğlu

Agent

28.06.2012

000694

1502073102

8

 Şıxı Əbülfəz Müslüm oğlu

Broker

14.07.2011

000455

1501584972

9

 Vəliyeva Turanə Rəşid qızı

Agent

29.05.2025

SA-0380

1906224402

10

 “Sizin Sığorta Brokeri” MMC

Broker

02.10.2017

SB-002

1304432171