Xəbərlər

Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri barədə

17-06-2026

2026-cı il; Bakı – 10 iyun 2026-cı il tarixində sığorta sahəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankında attestasiya keçirilmişdir.

 

Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 1 nəfər (siyahı əlavə  olunur) keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.

 

Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 4.6-cı bəndinə əsasən hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin icra orqanının rəhbəri, habelə fiziki şəxs sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

 

Attestasiyanın nəticələrinə dair məlumat

                                                                       (sığorta vasitəçiləri)

 

Soyad, ad, ata adı

Topladığı bal

1.     

 Əlişov Ağasəlim Mehman oğlu

-

2.     

 Əsgərova Aygün Tahir qızı

43 bal

3.     

 Məmmədova Günel Əli qızı

51 bal

4.     

 Mirzəyeva Dilarə Seyfulla qızı

55 bal

5.     

 Zeynalova Sevinc Kazım qızı

48 bal

6.     

 Balayev Nəriman Natiq oğlu

58 bal

7.     

 Gülməmmədov Vüqar Xanverdi oğlu

-

8.     

 Osmanlı İsmayıl Asif oğlu

73 bal