Xəbərlər
Mərkəzi Bank tərəfindən “Cibpay” MMC və “Multi Solutions” MMC-yə elektron pul təşkilatı lisenziyaları verilib
18-06-2026
18 iyun 2026-cı il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 iyun 2026-cı il tarixli qərarı ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Multi Solutions” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Cibpay” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödəniş təşkilatı lisenziyaları ləğv edilərək onlara elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyalar verilib.