Xəbərlər
Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan informasiya sistemlərinin proqram platformalarının dəstəklənməsi və modernizasiya xidmətlərinin satın alınması üzrə TENDER ELANI
05-07-2019
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı lotlar üzrə açıq tender üsulu ilə elektron satınalma keçirir:
1-ci lot: Elektron sənəd dövriyyəsi sisteminin proqram platformasının 1 (bir) il müddətində on-site tipli dəstəklənməsi xidmətinin satın alınması;
2-ci lot: Elektron imza üzrə sertifikatlaşma sisteminin proqram platformasının 1 (bir) il müddətində on-site tipli dəstəklənməsi xidmətinin satın alınması;
3-cü lot: Elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin proqram platformasının 1 (bir) il müddətində on-site tipli dəstəklənməsi xidmətinin satın alınması;
4-cü lot: Maliyyə savadlığı portalının proqram platformasının 1 (bir) il müddətində on-site tipli dəstəklənməsi xidmətinin satın alınması.
5-ci lot: Mərkəzi Bankda istismarda olan Elektron imza üzrə sertifikatlaşma sisteminin modernizasiyası.
Tender proseduru 19 avqust 2019-cu il tarixində saat 12:00-da Dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) keçiriləcəkdir.
2. Maraqlı şəxslər müvafiq lot üzrə tenderdə iştirak etmək üçün portal vasitəsilə elektron elanla tanış ola və iştirak etmək arzusunda olan hər bir lot üzrə 100 (bir yüz) manat məbləğində iştirak haqqı ödəməklə iddiaçı qismində qeydiyyatdan keçərək tenderin Əsas şərtlər toplusunu əldə edə bilər.
Tender komissiyası
Dİgər xəbərlər
01-10-2026
Mərkəzi Bakın məlumatı