“Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusu Avropa Komissiyasının “Biznes və istehlakçı sorğuları” proqramının (The Joint Harmonised EU Programme of Business and Consumer Surveys), eləcə də, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “İşgüzar fəallıq və istehlakçı sorğuları”nın (OECD Business Tendency and Consumer Surveys) metodologiyası əsasında təşkil olunub. Sorğu ev təsərrüfatlarının istehlak və yığım üzrə davranış və niyyətləri haqqında məlumat toplamaq, bu qərarlara təsir edən amillər haqqında onların fikirlərini öyrənmək, ev təsərrüfatlarının borc yükü və onun ödənilməsi imkanları haqqında informasiya əldə etmək məqsədilə keçirilir. Sorğunun rübdə bir dəfə olmaqla ildə 4 dəfə keçirilməsi nəzərdə tutulur.
Sorğunun əsas hədəf kütləsi ev təsərrüfatlarının büdcəsinin idarəedilməsində iştirak edən şəxslərdir. Bu mənada, sorğunu ailə başçısının və ya ev təsərrüfatının gəlir və xərclərinə nəzarət edən şəxsin cavablandırması arzuolunandır.
Sorğu suallarının cavablandırılması respondent üçün heç bir öhdəlik və ya məsuliyyət yaratmır. Əldə edilən məlumatlar ümumiləşmiş indekslərin hesablanmasında istifadə edilir və fərdi məlumatlar heç bir halda açıqlanmır. Fərdi məlumatların anonimliyinə və məxfiliyinə tərəfimizdən tam təminat verilir.
“Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusu