ABOUT
Hal-hazırda AMB-də “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu”ndan irəli gələn məqsəd və funksiyaların dəstəklənməsi məqsədilə bir sıra informasiya resursları fəaliyyət göstərməkdədir. Qeyd edilən informasiya resursları yaradılan zaman dövrün tələblərinə müvafiq olaraq hazırlanmış və müstəqil fəaliyyəti təmin edilmişdir. Hər bir informasiya sistemi müvafiq avadanlıq, Verilənlər Bazası və proqram təminatlarına malikdir. Hal-hazırda həmin informasiya sistemlərinə daxil olmaq məqsədilə kommersiya bankları, bank olmayan kredit təşkilatları və kredit ittifaqları AMB-nin Bank Sertifikat Xidmətləri Mərkəzinin təkmil elektron imzaları vasitəsilə müxtəlif URL-lərə daxil olur və müvafiq informasiya resurslarından istifadə edirlər. Artan biznes tələblərin və hər bir informasiya resursu üzrə təkmilləşməyə olan ehtiyacların qarşılanması məqsədilə AMB bir pəncərə prinsipli vahid informasiya sisteminin yaradılması və həmin proqram platforması üzərindən bankın müştərisi olan kredit təşkilatlarına, eləcə də ictimaiyyətə xidmətin göstərilməsi qərarına gəlmişdir. Qeyd edilən texnoloji imkanın yaradılması müvafiq səlahiyyətlər çərçivəsində istifadəçilərə daha rahat və funksional informasiya resursuna çıxış imkanı vermişdir. Konsolidasiya olunmuş informasiya sistemləri, kredit təşkilatlardan və ictimaiyətdən daxil olan müraciətlərin və ideyaların vahid bazada toplanaraq emalına kömək edəcəkdir.