Reallaşan İdeyalar

Xatirə sikkələrinin yaradılması məqsədilə keçirilən müsabiqə yekunlaşmışdır

 Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Naxçıvan MR – 90 il”, “Əsrin Kontraktı – 20 il” və “Bakı-Tbilisi-Qars dəmiryolu” mövzularında xatirə sikkələrinin dizaynının yaradılması məqsədilə elan edilmiş müsabiqə 19 mart 2015-ci il yekunlaşmışdır.

Müsabiqəyə təqdim olunmuş eskizlər Münsiflər Heyəti tərəfindən qiymətləndirilmiş və iştirakçılardan Rəssamlar İttifaqının üzvü Natiq Fərəcullazadə hər 3 mövzuda hazırladığı dizayn üzrə qalib elan edilmişdir. Qalib layihələrin hər biri üzrə müvafiq qaydada mükafatlandırılmışdır.