TEZ-TEZ VERİLƏN SUALLAR

BANK SERTİFİKAT XİDMƏTLƏRİ

Elektron imza nədir?

Azərbaycan Respublikasının Qanunlarına əsasən elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur. Elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv həll hesab edilir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birindən uzaqda olmalarına baxmayaraq eyni imkanlar əldə edirlər. Elektron imzanın istifadəsi zamanı sənədlər, adi kağız sənədlər kimi hüquqi qüvvəyə malik olur.

Elektron imza sertifikatını haradan ala bilərəm?

Elektron imza sertifikatlarını banklarda yaradılmış Qeydiyyat mərkəzlərindən və ya online şəkildə www.bsxm.e-cbar.az internet səhifəsindən əldə etmək mümkündür.

Elektron imzanı əldə etmək üçün hansı sənədlər tələb olunur?

Elektron imza kartını əldə etmək istəyən hər bir vətəndaş, Qeydiyyat Mərkəzlərinə müraciət zamanı şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidir. Fiziki və hüquqi şəxslərdən, həmçinin dövlət qulluqçularından tələb olunan digər sənədlər www.bsxm.e-cbar.az internet səhifəsinin  "Sənədlər" bölməsində yerləşdirilib.

Elektron imzanı istifadə etmək üçün nə tələb olunur?

E-imzanı istifadə etmək üçün İnternetə çıxış, BSXM sertifikatı və "SIM-sized Smartcards" tələb olunur. Elektron imzadan istifadə haqqında ətraflı məlumatı www.bsxm.e-cbar.az internet səhifəsinin "Sənədlər" bölməsindən əldə etmək olar.

"Vaxt möhürü" nə deməkdir?

"Vaxt möhürü" Sənədin nə zaman imzalanmasını bildirən ARMB BSXM tərəfindən verilən sertifikatlaşdırılmış təsdiqdir. Vaxt möhürü funksionallığı On-line rejimində həyata keçirildiyindən bu funksionaldan yararlanmaq üçün internetə çıxış mütləqdir. "Vaxt möhürü" sənədin qüvvədə olması üçün əsas şərtlərdən biri olub, elektron imzayla birlikdə istifadə olunur.

Autentifikasiya nə deməkdir?

Elektron mühitdə istifadəçinın eyniləşdirilməsi (İdentifikasiyası) üçün, onun tərəfindən təqdim edilmiş eyniləşdirmə məlumatlarının həqiqiliyinin yoxlanması prosesidir. identifikasiyası üçün ARMB BSXM tərəfindən verilən autentifikasiya sertifikatının istifadə olunur.

Xaricdə e-imza sertifikatından istifadə etmək olar?

E-imza sertifikatından istənilən coğrafi məkanda istifadə etmək olar.

E-imza sertifikatı itdikdə, oğurlandıqda, PIN kod (o cümlədən Puk kod) bloka düşdükdə, itirildikdə və ya unudulduqda nə etmək lazımdır?

Qeyd olunan hallar zamanı mütləq şəkildə Qeydiyyat Mərkəzinə zəng vurmaq və ya yaxınlaşmaq lazımdır. Bu zaman Qeydiyyat Mərkəzinin operatoru lazımi əməliyyatları yerinə yetirəcək.

E-imza sertifikatının PUK kodu var, lakin PIN kod unudulub və ya bloka düşübsə nə etmək lazımdır?

All programs > Advanced Card Systems> ACOS5-Crypto Mate > ACS Certificate Management Utility- daxil olaraq, açılan pəncərədə: - PIN kodu unutmuşam: Change User PIN bölməsində, Current User PIN qrafasına - PİN kodu daxil edirik, New User PIN qrafasında - yeni pini daxil edirik, Verify New User PIN qrafasında - təkrar yeni PIN daxil edirik və OK düyməsini sıxırıq PIN kodu bloka salmışam: Unlock User PIN bölməsində, SO PIN qrafasına - PUK kodu daxil edirik, New User PIN qrafasında - yeni pini daxil edirik, Verify New User PIN qrafasında - təkrar yeni PIN daxil edirik və Unlock User PIN düyməsini seçirik. E-imza daşıyıcısının istifadə hüququnu digər şəxsə vermək olarmı? E-imza daşıyıcısı konkret şəxsə aid olduğu üçün bu elektron imzanı yalnız həmin şəxs qoya bilər. Kartın başqa şəxsə verilməsi və identifikasiya kodunun (PIN kodun) digər şəxsə bildirilməsi təhlükəsizliyin pozulması hesab edilir.

Hazırlanmış elektron sənədi iki müxtəlif şəxs imzalaya bilərmi?

Hazırlanmış elektron sənədi istənilən sayda şəxs imzalaya bilər, imzalanma sayına sistem tərəfindən heç bir məhdudiyyət yoxdur.

Bir şəxs iki e-imza sertifikaına sahib ola bilərmi -biri hüquqi, 2-cisi isə fiziki şəxs kimi?

Bəli mümkündür. Bir şəxs istənilən qədər sertifikata sahib ola bilər.

Əgər sənəd müəssisənin müxtəlif əməkdaşları və ya müəssisənin rəhbəri tərəfindən hazırlanırsa, bu sənəd onun kompüterində (və ya bir neçə kompüterdə) imzalana bilərmi?

Bəli, imza üçün proqram təminatına malik olan internetə qoşulan (vaxt möhürü üçün) və imza daşıyıcısı ilə təmin edilən istənilən kompüterdə imza qoymaq mümkündür.

Bir tərəf sənədi elektron şəkildə digər tərəf isə əl ilə imzaladıqda o, həqiqi hesab edilirmi?

Belə kombinasiya mümkündür. Bu zaman elektron sənədi nomenklaturada rəsmi olaraq qeydiyyata almaq, təsdiqləmək lazımdır. Yalnız bundan sonra sənəd kağız şəklində yaşaya bilər.

Nəyə görə sertifikatın fəaliyyət müddəti var?

Sertifikatda minimum olaraq RFC 2459 (Іnternet X.509 Publіc Key Іnfrastructure Certіfіcate and CRL Profіle) sənədi ilə xarakter və həcmi müəyyən edilmiş informasiya olmalıdır. Orada başqa məlumatlar da ola bilər. Məsələn, poçt ünvanı və s. Bir sözlə, sertifikat AMN SM-in işləyə biləcəyi istənilən informasiyanı təşkil edə bilər. Verilən sertifikat üçün fəaliyyət müddəti müəyyən edilir. Məsələn, o, 3 il ərzində həqiqi hesab edilə bilər. Bu müddət bitəndə onun sahibinə yeni sertifikat verilir. Sertifikatın fəaliyyət müddəti onda mövcud olan informasiyadan çox asılıdır. Bu sənəd nə qədər çox informasiya təşkil edirsə, onun faydalı fəaliyyət müddəti də bir o qədər az olur. Bu onunla əlaqədardır ki, informasiya dəyişə bilər və onun sahibinə köhnə sertifikatın fəaliyyət müddəti bitənə qədər yenisini vermək lazım gələcəkdir. Bundan əlavə sertifikatda olan informasiya ümumi kataloqlarda dərc olunur. Beləliklə, aydın olur ki, sertifikata mümkün olduqca az informasiya daxil etmək lazımdır. Sertifikatın ləğv edilməsi sertifikatlaşdırma prosesinin tərkib hissəsi hesab edilir. Sertifikatın müddəti bitənə qədər onun ləğv edilməsi üçün bir çox səbəblər mövcuddur. Məsələn, onun sahibi iş yerini dəyişmiş və ya elektron imzasını itirmişdir. Belə hallarda sertifikatı təcili olaraq ləğv etmək lazımdır. Əsas məqsəd onu təsadüfi istifadədən və ya pisniyyətlilərdən qorumaqdan ibarətdir.

E-imza daşıyıcısının istifadə hüququnu digər şəxsə vermək olarmı?

E-imza daşıyıcısı konkret şəxsə aid olduğu üçün bu elektron imzanı yalnız həmin şəxs qoya bilər. Kartın başqa şəxsə verilməsi və identifikasiya kodunun (PIN kodun) digər şəxsə bildirilməsi təhlükəsizliyin pozulması hesab edilir.

HÖKUMƏT ÖDƏNİŞ PORTALI

Hökumət Ödəniş Portalının məqsədləri nədir ?

  • “Elektron hökumət” quruculuğunun inkişaf etdirilməsi istiqamətində dövlət orqanları tərəfindən göstərilən xidmətlər üzrə rüsümlara görə ödənişlərin real vaxt rejimində elektron formada qəbulunun təmin edilməsi;
  • Büdcə ödənişlərinin aparılması prosesinin sadələşdirilməsi;
  • Ölkə iqtisadiyyatında nağdsız ödənişlərin həcminin artırılması;
  • Kommunal və digər kütləvi xidmət müəssisələri üzrə ödənişlərin ən müasir ödəniş üsulalrından istifadə edilməklə toplanması üçün infrastruktur imkanların yaradılması;
  • Bank və digər maliyyə qurumları arasında sağlam rəqabət mühütünün yaradılması.

HÖP-ün İştirakçıları kimlərdir?

HÖP ilə əməliyyatların aparılmasına dair Kollektiv Sazişə qoşulmuş dövlət orqanları, kommunal müəssisələr, rabitə müəssisələri banklar, “Azərpoçt” MMC vəı kart prossesinq mərkəzləri.

Hansı növ ödənişləri HÖP-də həyata keçirmək olar?

Hal-hazırda respublikanın dövlət sektorunda fəaliyyət göstərən "Azərenerji" ASC, "Bakıelektrikşəbəkə" ASC, "Azərsu" ASC, ARDNŞ-in "Azəriqaz" İB, "Azəristiliktəchizat" ASC kimi kommunal xidməti təşkilatları, Maliyyə, Vergilər, İqtisadiyyat və Sənaye, Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Gömrük Komitəsi və Baş Dövlət Yol Polisi İdarəsi artıq HÖP-ün infrastrukturuna inteqrasiya olunmuşdur.
Eyni zamanda, stasionar telefon xidmətləri göstərən “Bakı Telefon Rabitəsi” İB, “Aztelekom” İB və mobil rabitə operatorlarından “Azercell Telekom” MMC artıq portala qoşulmuşlar.
HÖP-ə qoşulmuş bu təşkilatların göstərdikləri xidmətlərə görə ödənişlər həyata keçirilir.

HÖP vasitəsilə ödənişlər qəbul edilərkən ödəyicilərdən xidmət haqqı tutulurmu?

HÖP-də istər maliyyə qurumlarının ödəniş məntəqələrində, istərsə də“İnternet service” məhsulu vasitəsilə ödənişlər qəbul edilərkən ödəyicidən:

  • Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunan inzibati cərimə protokolu, kommunal xidməti haqları, stasionar telefon rabitəsi xidmətləri və mobil rabitə haqları üzrə ödənişlərdən xidmət haqqı tutulmur.
  • Büdcə ödənişləri aparıldıqda isə min. 0.40 manat, max. 15.00 manat olmaqla ödənilən vəsaitin 0.15% həcmində xidmət haqqı tutulur.

Ödəyici HÖP-ün xidmətlərindən istifadə etmək üçün ilkin olaraq nə etməlidir?

Ödəyici ilkin olaraq HÖP-in www.gpp.az internet səhifəsinin “Şəxsi kabinet” bölməsinin “Qeydiyyat” funksionalına daxil olaraq şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini daxil etməklə qeydiyyatdan keçməlidir.
Qeydiyyat zamanı Ödəyici istifadəçisi olduğu xidmətlər üzrə müvafiq təşkilatlar tərəfindən ona verilmiş identifikasiya kodlarını sistemə daxil etməli və interaktiv rejimdə həmin kodları HÖP tərəfindən avtomatik rejimdə verilən unikal qeydiyyat kodu ilə əlaqələndirməlidir.
Qeydiyyat prosesi başa çatdıqdan sonra Ödəyiciyə sistem tərəfindən avtomatik rejimdə verilmiş unikal Qeydiyyat kodunu, həmin kod ilə əlaqələndirilmiş identifikasiya kodlarını, “İnternet service” məhsulu vasitəsilə ödənişlərin aparılması üçün nəzərdə tutulmuş ilkin şifrəni özündə əks etdirən “Qeydiyyat vərəqəsi” təqdim edilir.
Ödəyici borclarının öyrənilməsi və ödənişlərin aparılması məqsədi ilə www.gpp.az internet səhifəsinin “Şəxsi kabinet” bölməsində ona verilmiş Qeydiyyat kodunu və ilkin şifrəni daxil etməklə “Şəxsi virtual kabinet”inə daxil olur. İlk dəfə sistemə daxil olduqda Ödəyici qeydiyyat zamanı avtomatik rejimdə ona verilmiş ilkin şifrəni dəyişdirməlidir.
Qeyd: Ödəyici eyni zamanda HÖP-ə qoşulmuş hər hansı bir bank və yaxud poçt bölməsində də şəxsiyyət vəsiqəsini və istifadəçisi olduğu xidmətlər üzrə uyğun müəssisələr tərəfindən ona verilmiş identifikasiya kodlarını təqdim etməklə qeydiyyatdan keçə bilər. Bundan sonra Ödəyici istənilən bank və poçt bölməsində borcları haqqında məlumat ala və ödənişlərini apara bilər.

Unikal Qeydiyyat kodu nədir ?

İlk dəfə qeydiyyatdan keçərkən HÖP tərəfindən avtomatik rejimdə Ödəyiciyə verilən və təşkilatlar tərəfindən verilmiş ayrı-ayrı identifikasiya kodları ilə əlaqələndirilən unikal Qeydiyyat kodudur.

Unikal qeydiyyat kodunun strukturu necədir?

HÖP-də unikal Qeydiyyat kodu 13 rəqəmdən ibarətdir və aşağıdakı struktura malikdir:
YYYYMMDDXXXXC.
Burada:
YYYY – Ödəyicinin doğulduğu il;
MM – Ödəyicinin doğulduğu ay;
DD – Ödəyicinin doğulduğu gün;
XXXX –eyni doğum tarixili qeydiyyatdan keçənlər içərisində Ödəyicinin sıra nömrəsi;
С – Ödəyicinin doğum tarixi və onun sıra nömrəsinin əsasında xüsusi qayda ilə hesablanan yoxlama mövqeyidir.

İstifadə olunan xidmətlər üzrə ödənişləri necə aparmaq olar?

Ödəyici istənilən maliyyə xidməti nöqtəsində (“Azərpoçt” MMC-in və ya sistemə qoşulmuş bankların filialları) sistemdə qeydiyyatdan keçərkən aldığı unikal Qeydiyyat kodunu bildirməklə istifadə etdiyi xidmətlər üzrə borcları haqqında informasiya ilə təmin olunur.
İstəyindən asılı olaraq istifadə etdiyi xidmətlər üzrə borclarını tam və ya qismən olmaqla nağd şəkildə vəödəniş kartları vasitəsilə nağdsız formada ödəyir.
Ödəyici HÖP-in “İnternet Service” məhsulundan, xidmət olunduğu bank tərəfindən təqdim olunan E-Banking və ya bankomatlardan istifadə etməklə ödənişlərini apara bilər.

HÖP-ün “İnternet Service” məhsulundan istifadə etmək üçün nə etmək lazımdır?

Bu xidmətdən istifadə etmək üçün Ödəyiciyə internet şəbəkəsinə çıxışı olan kompüterin olması kifayətdir.
Web brouzerdə www.gpp.az ünvanına daxil olub ilkin qeydiyyatdan keçərkən aldığı qeydiyyat vərəqəsində göstərilmiş unikal Qeydiyyat kodunu və ilkin şifrəni göstərməklə sistemə daxil olunur. Yadda saxlamaq lazımdır ki, ilkin şifrə Qeydiyyat koduna bərabərdir. İlk dəfə sistemin bu funksionalından istifadə edərkən Ödəyiciyə ilkin şifrəni dəyişdirmək təklif olunur.
Ödəyici eyni zamanda, qeydiyyatsız ödənişlər blokundan istifadə etməklə də ödənişlərini həyata keçirə bilər.

Gün ərzində ödənişlərin aparılması üçün vaxt məhdudiyyəti vardırmı?

Ödəniş məntəqələrində (“Azərpoçt” MMC-in və ya sistemə qoşulmuş bankların filialları) nağd şəkildə ödənişlərin aparılması həmin təşkilatların iş reqlamentindən asılıdır.
HÖP tərəfindən heç bir məhdudiyyət qoyulmur. HÖP-ün “İnternet Service” məhsulu, bankomatlar və E-banking vasitəsilə ödənişlər 7x24 rejimində qəbul edilir.

Hökumət Ödəniş Portalının çıxarışları rəsmi sənəd hesab edilirmi?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2009 cı il tarixli, 36 saylı qərarı ilə “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”na edilmiş əlavələrə əsasən HÖP-ün çıxarışları ciddi uçot blankına bərabər tutulur.

İlkin şifrə nədir?

Sistemdə ilk dəfə qeydiyyatdan keçərkən Ödəyiciyə HÖP-ün “İnternet service” məhsulundan istifadə etməklə ödənişlərin həyata keçirilməsi üçün verilmiş şifrədir.

Ödəyicilərdən qəbul edilmiş ödənişlər təşkilatlara necə və hansı rejimlə çatdırılır?

Ödəyicidən qəbul edilmiş ödənişlər haqqında məlumat real vaxt rejimində və ya ən geci 30 saniyə ərzində elektron şəkildə təşkilatlara çatdırılır. Sutka ərzində “Azərpoçt” MMC-in və ya sistemə qoşulmuş bankların filialları və ya digər ödəniş üsulları vasitəsi ilə toplanmış ödənişlər hər Ödəyici ödənişi üzrə olmaqla növbəti gün 13:00-a kimi təşkilatların bank və ya büdcə hesablarına çatdırılır.

BİLİK İDARƏETMƏ SİSTEMİ

Kurs üzrə qeydiyyatdan keçdikdən sonra onu hansı müddətdə bitirməliyəm?

Hər bir kurs haqqında ətraflı məlumatda tövsiyə olunan tədris müddəti yazılıb. Lakin, kurs üzrə vaxt məhdudiyyəti olmadığından, onu daha tez, yaxud daha gec bitirmək mümkündür.

İmtahan vermək və sertifikat almaq üçün ödəniş etməliyəm?

Xeyr. Tədris tamamilə pulsuzdur.

İmtahanı onlayn formada vermək mümkündür?

Xeyr. Hər bir kurs üzrə son imtahan Azərbaycan Respublikası Mərkəzi Bankının əsas inzibati binasında keçirilir.

İmtahan vaxtı necə təyin olunur?

Sizinlə əlaqə saxlanılaraq uyğun vaxt seçilir .

Sertifikat aldıqdan sonra istənilən vaxt kurs məzmununa təkrar baxa bilərəm?

Bəli. İstədiyiniz zaman kurs materiallarından faydalana bilərsiniz.