TEZ-TEZ VERİLƏN SUALLAR
BANK SERTİFİKAT XİDMƏTLƏRİ
VİRTUAL TƏHSİL PLATFORMASI
Kurs üzrə qeydiyyatdan keçdikdən sonra onu hansı müddətdə bitirməliyəm?
Hər bir kurs haqqında ətraflı məlumatda tövsiyə olunan tədris müddəti yazılıb. Lakin, kurs üzrə vaxt məhdudiyyəti olmadığından, onu daha tez, yaxud daha gec bitirmək mümkündür.
İmtahan vermək və sertifikat almaq üçün ödəniş etməliyəm?
Xeyr. Tədris tamamilə pulsuzdur.
İmtahanı onlayn formada vermək mümkündür?
Bəli, imtahanları həm ənənəvi, həm də onlayn formada vermək mümkündür.
İmtahan vaxtı necə təyin olunur?
İmtahan günü və vaxtı razılaşma yolu ilə təyin olunur.
Sertifikat aldıqdan sonra istənilən vaxt kurs məzmununa təkrar baxa bilərəm?
Bəli. İstədiyiniz zaman kurs materiallarından faydalana bilərsiniz.
DAŞINAR ƏMLAKIN YÜKLÜLÜYÜNÜN DÖVLƏT REYESTRİ
Reyestrdə necə qeydiyyatdan keçim? (Şifrəmi necə əldə edə bilərəm?)
Reyestrdə qeydiyyatdan keçmək üçün www.mpcr.e-cbar.az ünvanına daxil olaraq, saytın yuxarı sağ bölməsindən “Qeydiyyat” menyusuna daxil olub, tələb olunan məlumatları aidiyyatı xanalara doldurmağnız kifayətdir. Fiziki və ya Hüquqi şəxslər (Hüquqi şəxslərin məsul nümayəndəsi) qeydiyyatdan keçə bilər. Qeydiyyat ödənişsizdir.
Qeydiyyatdan keçdim lakin şəxsi kabinetə daxil ola bilmirəm?
Qeydiyyatdan keçdikdən sonra, daxil etdiyiniz məlumatların uyğunluğu yoxlanılaraq e-poçtunuza istifadəçi adı və şifrə məlumatları gələcəkdir. Bu məlumatları aldıqdan sonra şəxsi kabinetə daxil ola bilərsiniz. Proses bir neçə dəqiqə çəkə bilər.
Reyestrin video təlimatlarına hardan baxa bilərəm?
www.mpcr.e-cbar.az ünvanında “Təlimat” menyusu altındakı “İstifadəçi Təlimatı” sub menyusundan videolara baxa bilərsiniz.
Qanunda qeyd edilən üstünlük hüququ nə deməkdir. Üstünlük hüququnu necə qazana bilərəm?
Daşınar Əmlakın Yüklülüyü haqqında qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş qaydada yüklülüyün 3-cü şəxslərə açıqlaması bu qanunun 3-cü fəslində müəyyən edilmiş hallarda və üstünlük qaydalarına uyğun olaraq tələblərin ödənilməsi növbəliyinə təsir edir. Yəni yüklülük bildirişini reyestrə ilk daxil etmiş şəxs digərlərinə nisbətdə üstünlük əldə etmiş olur (qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla).
Şifahi razılaşmaya əsasən reyestrdə bildiriş qeyd etmək olarmı?
Bəli, mümkündür. Lakin 30 təqvim günü müddətində tərəflər arasında yazılı müqavilə bağlanmalıdır. Əks təqdirdə yüklülük bildirişi avtomatik ləğv ediləcəkdir.
Reyestrdə Nəqliyyat vasitələrinin yüklülüyünü qeydə salmaq olurmu?
Xeyr. Qanun Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızları yüklülük predmeti kimi istisna edir.
Yüklülük müqaviləsinin predmeti olan və heç bir fərqləndirici xüsusiyyəti olmayan əşyanı (əmlakı) reyestrdə qeydiyyata sala bilərəmmi və necə?
Bəli daxil edilə bilər. Lakin təsvir bölməsində ətraflı şəkildə, maksimum fərqləndirməklə təsvir etməlisiniz.