TEZ-TEZ VERİLƏN SUALLAR
BANK SERTİFİKAT XİDMƏTLƏRİ
Elektron imza nədir?
Azərbaycan Respublikasının Qanunlarına əsasən elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur. Elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv həll hesab edilir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birindən uzaqda olmalarına baxmayaraq eyni imkanlar əldə edirlər. Elektron imzanın istifadəsi zamanı sənədlər, adi kağız sənədlər kimi hüquqi qüvvəyə malik olur.
Elektron imza sertifikatını haradan ala bilərəm?
Elektron imza sertifikatlarını banklarda yaradılmış Qeydiyyat mərkəzlərindən və ya online şəkildə www.bsxm.e-cbar.az internet səhifəsindən əldə etmək mümkündür.
Elektron imzanı əldə etmək üçün hansı sənədlər tələb olunur?
Elektron imza kartını əldə etmək istəyən hər bir vətəndaş, Qeydiyyat Mərkəzlərinə müraciət zamanı şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidir. Fiziki və hüquqi şəxslərdən, həmçinin dövlət qulluqçularından tələb olunan digər sənədlər www.bsxm.e-cbar.az internet səhifəsinin "Sənədlər" bölməsində yerləşdirilib.
Elektron imzanı istifadə etmək üçün nə tələb olunur?
E-imzanı istifadə etmək üçün İnternetə çıxış, BSXM sertifikatı və "SIM-sized Smartcards" tələb olunur. Elektron imzadan istifadə haqqında ətraflı məlumatı www.bsxm.e-cbar.az internet səhifəsinin "Sənədlər" bölməsindən əldə etmək olar.
"Vaxt möhürü" nə deməkdir?
"Vaxt möhürü" Sənədin nə zaman imzalanmasını bildirən ARMB BSXM tərəfindən verilən sertifikatlaşdırılmış təsdiqdir. Vaxt möhürü funksionallığı On-line rejimində həyata keçirildiyindən bu funksionaldan yararlanmaq üçün internetə çıxış mütləqdir. "Vaxt möhürü" sənədin qüvvədə olması üçün əsas şərtlərdən biri olub, elektron imzayla birlikdə istifadə olunur.
Autentifikasiya nə deməkdir?
Elektron mühitdə istifadəçinin eyniləşdirilməsi (İdentifikasiyası) üçün, onun tərəfindən təqdim edilmiş eyniləşdirmə məlumatlarının həqiqiliyinin yoxlanması prosesidir. İstifadəçinin identifikasiyası üçün ARMB BSXM tərəfindən verilən autentifikasiya sertifikatından istifadə olunur.
Xaricdə e-imza sertifikatından istifadə etmək olar?
E-imza sertifikatından istənilən coğrafi məkanda istifadə etmək olar.
E-imza sertifikatı itdikdə, oğurlandıqda, PIN kod (o cümlədən Puk kod) bloka düşdükdə, itirildikdə və ya unudulduqda nə etmək lazımdır?
Qeyd olunan hallar zamanı mütləq şəkildə Qeydiyyat Mərkəzinə zəng vurmaq və ya yaxınlaşmaq lazımdır. Bu zaman Qeydiyyat Mərkəzinin operatoru lazımi əməliyyatları yerinə yetirəcək.
E-imza sertifikatının PUK kodu var, lakin PIN kod unudulub və ya bloka düşübsə nə etmək lazımdır?
All programs > Advanced Card Systems> ACOS5-Crypto Mate > ACS Certificate Management Utility- daxil olaraq, açılan pəncərədə: - PIN kodu unutmuşam: Change User PIN bölməsində, Current User PIN qrafasına - PİN kodu daxil edirik, New User PIN qrafasında - yeni pini daxil edirik, Verify New User PIN qrafasında - təkrar yeni PIN daxil edirik və OK düyməsini sıxırıq PIN kodu bloka salmışam: Unlock User PIN bölməsində, SO PIN qrafasına - PUK kodu daxil edirik, New User PIN qrafasında - yeni pini daxil edirik, Verify New User PIN qrafasında - təkrar yeni PIN daxil edirik və Unlock User PIN düyməsini seçirik. E-imza daşıyıcısının istifadə hüququnu digər şəxsə vermək olarmı? E-imza daşıyıcısı konkret şəxsə aid olduğu üçün bu elektron imzanı yalnız həmin şəxs qoya bilər. Kartın başqa şəxsə verilməsi və identifikasiya kodunun (PIN kodun) digər şəxsə bildirilməsi təhlükəsizliyin pozulması hesab edilir.
Hazırlanmış elektron sənədi iki müxtəlif şəxs imzalaya bilərmi?
Hazırlanmış elektron sənədi istənilən sayda şəxs imzalaya bilər, imzalanma sayına sistem tərəfindən heç bir məhdudiyyət yoxdur.
Bir şəxs iki e-imza sertifikaına sahib ola bilərmi -biri hüquqi, 2-cisi isə fiziki şəxs kimi?
Bəli mümkündür. Bir şəxs istənilən qədər sertifikata sahib ola bilər.
Əgər sənəd müəssisənin müxtəlif əməkdaşları və ya müəssisənin rəhbəri tərəfindən hazırlanırsa, bu sənəd onun kompüterində (və ya bir neçə kompüterdə) imzalana bilərmi?
Bəli, imza üçün proqram təminatına malik olan internetə qoşulan (vaxt möhürü üçün) və imza daşıyıcısı ilə təmin edilən istənilən kompüterdə imza qoymaq mümkündür.
Bir tərəf sənədi elektron şəkildə digər tərəf isə əl ilə imzaladıqda o, həqiqi hesab edilirmi?
Belə kombinasiya mümkündür. Bu zaman elektron sənədi nomenklaturada rəsmi olaraq qeydiyyata almaq, təsdiqləmək lazımdır. Yalnız bundan sonra sənəd kağız şəklində yaşaya bilər.
Nəyə görə sertifikatın fəaliyyət müddəti var?
Sertifikatda minimum olaraq RFC 2459 (Іnternet X.509 Publіc Key Іnfrastructure Certіfіcate and CRL Profіle) sənədi ilə xarakter və həcmi müəyyən edilmiş informasiya olmalıdır. Orada başqa məlumatlar da ola bilər. Məsələn, poçt ünvanı və s. Bir sözlə, sertifikat AMN SM-in işləyə biləcəyi istənilən informasiyanı təşkil edə bilər. Verilən sertifikat üçün fəaliyyət müddəti müəyyən edilir. Məsələn, o, 3 il ərzində həqiqi hesab edilə bilər. Bu müddət bitəndə onun sahibinə yeni sertifikat verilir. Sertifikatın fəaliyyət müddəti onda mövcud olan informasiyadan çox asılıdır. Bu sənəd nə qədər çox informasiya təşkil edirsə, onun faydalı fəaliyyət müddəti də bir o qədər az olur. Bu onunla əlaqədardır ki, informasiya dəyişə bilər və onun sahibinə köhnə sertifikatın fəaliyyət müddəti bitənə qədər yenisini vermək lazım gələcəkdir. Bundan əlavə sertifikatda olan informasiya ümumi kataloqlarda dərc olunur. Beləliklə, aydın olur ki, sertifikata mümkün olduqca az informasiya daxil etmək lazımdır. Sertifikatın ləğv edilməsi sertifikatlaşdırma prosesinin tərkib hissəsi hesab edilir. Sertifikatın müddəti bitənə qədər onun ləğv edilməsi üçün bir çox səbəblər mövcuddur. Məsələn, onun sahibi iş yerini dəyişmiş və ya elektron imzasını itirmişdir. Belə hallarda sertifikatı təcili olaraq ləğv etmək lazımdır. Əsas məqsəd onu təsadüfi istifadədən və ya pisniyyətlilərdən qorumaqdan ibarətdir.
E-imza daşıyıcısının istifadə hüququnu digər şəxsə vermək olarmı?
E-imza daşıyıcısı konkret şəxsə aid olduğu üçün bu elektron imzanı yalnız həmin şəxs qoya bilər. Kartın başqa şəxsə verilməsi və identifikasiya kodunun (PIN kodun) digər şəxsə bildirilməsi təhlükəsizliyin pozulması hesab edilir.
VİRTUAL TƏHSİL PLATFORMASI
Kurs üzrə qeydiyyatdan keçdikdən sonra onu hansı müddətdə bitirməliyəm?
Hər bir kurs haqqında ətraflı məlumatda tövsiyə olunan tədris müddəti yazılıb. Lakin, kurs üzrə vaxt məhdudiyyəti olmadığından, onu daha tez, yaxud daha gec bitirmək mümkündür.
İmtahan vermək və sertifikat almaq üçün ödəniş etməliyəm?
Xeyr. Tədris tamamilə pulsuzdur.
İmtahanı onlayn formada vermək mümkündür?
Bəli, imtahanları həm ənənəvi, həm də onlayn formada vermək mümkündür.
İmtahan vaxtı necə təyin olunur?
İmtahan günü və vaxtı razılaşma yolu ilə təyin olunur.
Sertifikat aldıqdan sonra istənilən vaxt kurs məzmununa təkrar baxa bilərəm?
Bəli. İstədiyiniz zaman kurs materiallarından faydalana bilərsiniz.
DAŞINAR ƏMLAKIN YÜKLÜLÜYÜNÜN DÖVLƏT REYESTRİ
Reyestrdə necə qeydiyyatdan keçim? (Şifrəmi necə əldə edə bilərəm?)
Reyestrdə qeydiyyatdan keçmək üçün www.mpcr.e-cbar.az ünvanına daxil olaraq, saytın yuxarı sağ bölməsindən “Qeydiyyat” menyusuna daxil olub, tələb olunan məlumatları aidiyyatı xanalara doldurmağnız kifayətdir. Fiziki və ya Hüquqi şəxslər (Hüquqi şəxslərin məsul nümayəndəsi) qeydiyyatdan keçə bilər. Qeydiyyat ödənişsizdir.
Qeydiyyatdan keçdim lakin şəxsi kabinetə daxil ola bilmirəm?
Qeydiyyatdan keçdikdən sonra, daxil etdiyiniz məlumatların uyğunluğu yoxlanılaraq e-poçtunuza istifadəçi adı və şifrə məlumatları gələcəkdir. Bu məlumatları aldıqdan sonra şəxsi kabinetə daxil ola bilərsiniz. Proses bir neçə dəqiqə çəkə bilər.
Reyestrin video təlimatlarına hardan baxa bilərəm?
www.mpcr.e-cbar.az ünvanında “Təlimat” menyusu altındakı “İstifadəçi Təlimatı” sub menyusundan videolara baxa bilərsiniz.
Qanunda qeyd edilən üstünlük hüququ nə deməkdir. Üstünlük hüququnu necə qazana bilərəm?
Daşınar Əmlakın Yüklülüyü haqqında qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş qaydada yüklülüyün 3-cü şəxslərə açıqlaması bu qanunun 3-cü fəslində müəyyən edilmiş hallarda və üstünlük qaydalarına uyğun olaraq tələblərin ödənilməsi növbəliyinə təsir edir. Yəni yüklülük bildirişini reyestrə ilk daxil etmiş şəxs digərlərinə nisbətdə üstünlük əldə etmiş olur (qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla).
Şifahi razılaşmaya əsasən reyestrdə bildiriş qeyd etmək olarmı?
Bəli, mümkündür. Lakin 30 təqvim günü müddətində tərəflər arasında yazılı müqavilə bağlanmalıdır. Əks təqdirdə yüklülük bildirişi avtomatik ləğv ediləcəkdir.
Reyestrdə Nəqliyyat vasitələrinin yüklülüyünü qeydə salmaq olurmu?
Xeyr. Qanun Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızları yüklülük predmeti kimi istisna edir.
Yüklülük müqaviləsinin predmeti olan və heç bir fərqləndirici xüsusiyyəti olmayan əşyanı (əmlakı) reyestrdə qeydiyyata sala bilərəmmi və necə?
Bəli daxil edilə bilər. Lakin təsvir bölməsində ətraflı şəkildə, maksimum fərqləndirməklə təsvir etməlisiniz.