Xəbərlər
Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri barədə
20-06-2022
2022-ci il; Bakı – 06 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankında aktuari şəhadətnaməsi almaq üçün “Qeyri-həyat sığortası üzrə praktiki tətbiqlər” mövzusu üzrə attestasiya keçirilmişdir.
Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 1 nəfər (siyahı əlavə olunur) keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.
Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 5.5-ci bəndinə əsasən attestasiyada iştirak edən şəxs müvafiq mövzu üzrə 60 balı topladıqda attestasiyadan keçmiş hesab olunur.
Attestasiyanın nəticələrinə dair məlumat
(Aktuarilər)
№ |
Namizədin adı |
Topladığı bal |
1. |
Haqverdiyev İlqar Oqtay oğlu |
60.5 |