Xəbərlər

Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri barədə

20-06-2022

2022-ci il; Bakı – 06 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankında aktuari şəhadətnaməsi almaq üçün “Qeyri-həyat sığortası üzrə praktiki tətbiqlər” mövzusu üzrə attestasiya keçirilmişdir.

Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 1 nəfər (siyahı əlavə  olunur) keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.

Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 5.5-ci bəndinə əsasən attestasiyada iştirak edən şəxs müvafiq mövzu üzrə 60 balı topladıqda attestasiyadan keçmiş hesab olunur.

 

Attestasiyanın nəticələrinə dair məlumat

                                                                           (Aktuarilər)

                  

№

Namizədin adı

Topladığı bal

1.        

Haqverdiyev İlqar Oqtay oğlu

60.5