Xəbərlər

Mərkəzi Bankın sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin DB və BVF-nin 2026-cı il üzrə İllik Toplantılarında iştirakı başa çatıb

20-10-2026

20 oktyabr 2026-cı il, Bakı: Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) 2026-cı il üzrə İllik Toplantılarında iştirakı başa çatıb.

 

Tailandın Banqkok şəhərində keçirilən İllik Toplantılar çərçivəsində nümayəndə heyəti Azərbaycanın da təmsil olunduğu Seçki Qrupunun iclasında çıxış edib, mərkəzi bank rəhbərlərinin görüşündə və Tailand Krallığının Baş nazirinin qəbulunda iştirak edib.

 

Dörd gün davam edən səfər çərçivəsində həmçinin DB və BVF-nin rəhbər şəxsləri, mərkəzi banklar, maliyyə sektorunu tənzimləyən qurumların rəhbərləri, qiymətli kağızlar bazarı üzrə qlobal standartları müəyyən edən təşkilatlar və beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib.

 

Görüşlər zamanı maliyyə sektorunun aktual gündəliyində yer alan məsələlər, qlobal iqtisadi və maliyyə prosesləri, eləcə də qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

İllik Toplantılarda və ikitərəfli görüşlərdə iştirak Mərkəzi Bankın beynəlxalq maliyyə institutları və xarici tərəfdaşlarla əməkdaşlıq gündəliyinin müzakirəsi, qlobal iqtisadi və maliyyə prosesləri üzrə fikir mübadiləsinin aparılması, eləcə də maliyyə sektorunun aktual inkişaf istiqamətlərinin nəzərdən keçirilməsi baxımından əhəmiyyət kəsb edib.