Xəbərlər

Mərkəzi Bankın Naxçıvan MR İdarəsi tərəfindən Ordubad və Culfa rayonlarında vətəndaşların səyyar qəbulu keçiriləcək

19-10-2026

19 oktyabr 2026-cı il: Azərbaycan Respublikasının Mərkəzi Bankının Naxçıvan MR İdarəsi tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi davam etdirilir. Bu təşəbbüslər sırasında ölkə ərazisində səyyar vətəndaş qəbullarının keçirilməsi mühüm yer tutur.

 

Növbəti səyyar qəbul 22 oktyabr 2026-cı il tarixində Ordubad və Culfa rayonlarında keçiriləcəkdir.

 

Qəbul zamanı Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcəkdir.

 

Qeyd edək ki, qəbula dair müraciətləri Mərkəzi Bankın 966 Qaynar xətti və +994 55 966 19 66 “Whatsapp” nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.