Xəbərlər

Yubiley və xatirə pul nişanları barədə

27-05-2019

27 may 2019, Bakı:  Bildiririk ki, Mərkəzi Bankın rəsmi internet səhifəsinin "Milli pul nişanları" bölməsində satışda olan yubiley və xatirə pul nişanları, o cümlədən onların satış qiymətləri barədə məlumatlar gündəlik olaraq yerləşdirilir (link: https://www.cbar.az/moneymarks/coins?category=2).

 

Satışda olan yubiley və xatirə pul nişanlarını əldə etmək istəyən vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmətlər portalında “Elektron müraciətlər Sistemi”nə (link: https://contact.e-cbar.az/) daxil olaraq əldə etmək istədiyi yubiley və xatirə pul nişanlarının adı və sayını qeyd etməklə sifariş edə bilərlər.