Xəbərlər
Yubiley və xatirə pul nişanları barədə
27-05-2019
27 may 2019, Bakı: Bildiririk ki, Mərkəzi Bankın rəsmi internet səhifəsinin "Milli pul nişanları" bölməsində satışda olan yubiley və xatirə pul nişanları, o cümlədən onların satış qiymətləri barədə məlumatlar gündəlik olaraq yerləşdirilir (link: https://www.cbar.az/moneymarks/coins?category=2).
Satışda olan yubiley və xatirə pul nişanlarını əldə etmək istəyən vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmətlər portalında “Elektron müraciətlər Sistemi”nə (link: https://contact.e-cbar.az/) daxil olaraq əldə etmək istədiyi yubiley və xatirə pul nişanlarının adı və sayını qeyd etməklə sifariş edə bilərlər.
Dİgər xəbərlər
01-10-2026
Mərkəzi Bakın məlumatı