Xəbərlər

Bildiriş

30-10-2019

Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan informasiya sistemlərinin proqram platformalarının dəstəklənməsi və modernizasiya xidmətlərinin satın alınması ilə bağlı “Azərbaycan” qəzetinin 27 avqust 2019-cu il tarixli sayında elan edilmiş və elektron satınalma prosedurları çərçivəsində keçirilmiş açıq tenderin nəticələrinə görə Elektron sənəd dövriyyəsi sisteminin, Elektron imza üzrə sertifikatlaşma sisteminin proqram platformalarının dəstəklənməsi və Elektron imza üzrə sertifikatlaşma sisteminin modernizasiyası xidmətləri üzrə tenderin qalibi “Sinam” şirkəti, Elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin və Maliyyə savadlığı portalının proqram platformalarının dəstəklənməsi xidmətləri üzrə tenderin qalibi “GTSolutions” şirkəti elan edilmişdir. Qalib şirkətlərlə müvafiq satınalma müqavilələri imzalanmışdır.

 

Tender komissiyası