Xəbərlər
Mərkəzi Bankda növbəti qanvermə aksiyası keçirilmişdir
15-03-2019
15 mart 2019, Bakı: Mərkəzi Bankda korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirilən ənənəvi tədbirlərdən biri kimi Azərbaycan Talassemiya Federasiyasının əməkdaşlarının, həmçinin B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının mobil işçi qrupunun iştirakı ilə növbəti qanvermə aksiyası keçirilmişdir.
Qanvermə aksiyasında könüllü iştirak edən Mərkəzi Bankın əməkdaşları əvvəlcə tibbi müayinədən keçirilmiş və 40 nəfər əməkdaşdan qan götürülmüşdür.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.
Dİgər xəbərlər
01-10-2026
Mərkəzi Bakın məlumatı