Xəbərlər
Bildiriş
02-03-2020
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Azərbaycan qəzeti”nin 28.01.2020-ci il tarixli nömrəsində dərc edilmiş aşağıdakı satınalınmalara dair tender proseduru Tender Komissiyasının 26 fevral 2020-ci il tarixli qərarına əsasən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə müvafiq olaraq baş tutmamış hesab edilmişdir:
- Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzi ofisinin və ərazi idarələrinin inzibati binalarında istismar olunan isitmə-soyutma-havalandırma, su-kanal sistem və avadanlıqlarına texniki xidmətin satın alınması
- Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzi ofisinin su və isitmə sistemi üzrə zəruri iş və mal-materialların satın alınması
- Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün korporativ stil mallarının satın alınması.
Tender Komissiyası