Xəbərlər

Bildiriş

22-05-2020

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Azərbaycan qəzeti”nin 21.04.2020-ci il tarixli nömrəsində dərc edilmiş və dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilmiş aşağıdakı satınalınmalara dair tender proseduru Tender Komissiyasının qərarına əsasən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə müvafiq olaraq baş tutmamış hesab edilmişdir:

 

- Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzi ofisinin və ərazi idarələrinin inzibati binalarında quraşdırılmış yanğınsöndürmə qurğularına, sistem və avadanlıqlarına texniki xidmətin satın alınması;

 

- Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzi ofisinin və ərazi idarələrinin inzibati binalarında istismar olunan isitmə-soyutma-havalandırma, su-kanal sistem və avadanlıqlarına texniki xidmətin satın alınması;

 

- Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün korporativ stil mallarının satın alınması.

 

Tender Komissiyası