Xəbərlər

Məktəblilərarası Avropa Pul Viktorinasına qeydiyyat başlanmışdır

23-02-2021

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə 12 mart 2021-ci il tarixində 13-15 yaşlı məktəblilər arasında “Avropa Pul Viktorinası” keçiriləcəkdir.

 

“Avropa Pul Viktorinası” 30-a yaxın Avropa ölkəsinin məktəbliləri arasında maliyyə savadlılığı üzrə keçirilən yarışdır (ötən ilki yarış və suallarla tanış ola bilərsiniz: https://youtu.be/3DJtz2Aeyww). Viktorina iki əsas mərhələdən – milli və Avropa finalından ibarətdir. Milli final mərhələsində qalib gələn iki nəfər Avropa finalında iştirak etmək hüququ qazanacaqdır. İstər milli, istərsə də Avropa finalının qaliblərini dəyərli hədiyyələr gözləyir.

 

İştirak şərtləri

  • İştirakçının yaşı 13-15 yaş aralığında olmalıdır. Yəni, 2021-ci ilin mart ayının 12-də (milli final mərhələsində) 13 yaşını keçməli və 16 yaşı tamam olmamalıdır.
  • Hər iki mərhələ də ingilis dilində olacağı üçün iştirakçıların ingilis dili bilikləri yaxşı səviyyədə olmalıdır.

 

Qeyd

            Mövcud epidemioloji şərait səbəbindən viktorinanın milli və final mərhələsi onlayn platforma üzərindən təşkil ediləcəkdir.

            Viktorinanın istər milli, istərsə də Avropa finalı üzrə suallar ingilis dilində olacaqdır.

Qeydiyyat

İlkin seçim turu üçün bu linkdən qeydiyyatdan keçmək və müvafiq sualları cavablandırmaq lazımdır.  

Əlaqə

Daha ətraflı məlumatı Azərbaycan Banklar Assosiasiyasının office@aba.az ünvanına mövzu hissəsində “Avropa Pul Viktorinası” yazaraq əldə edə bilərsiniz.