Xəbərlər

Azərbaycan Respublikasının Mərkəzi Bankı KOTİROVKA SORĞUSU elan edir

04-05-2021

1. Azərbaycan Respublikasının Mərkəzi Bankına məxsus stolüstü əskinas sayğaclarına və vakuum presləyicilərə texniki qulluqla (servislə) bağlı xidmətin satın alınması.
2. Azərbaycan Respublikası Mərkəzi Bankının Avtomatik telefon stansiyasının təkmilləşdirilməsi üzrə xidmətin satın alınması.

Kotirovka sorğusu üzrə əsas şərtlər toplularını əlaqələndirici şəxslərdən əldə etmək olar.

Kotirovka sorğusu üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri ən geci 20 may 2021-ci il saat 17:30-dək əlaqələndirici şəxslər tərəfindən qəbul ediləcək və 21 may 2021-ci il saat 10:00-da Satınalmalar komissiyası tərəfindən Mərkəzi Bankın inzibati binasında açılacaqdır.

Kotirovka sorğuları üzrə əlaqələndirici şəxslər:

Elvin Şirdanov, telefon – (012) 493 11 22 (daxili 428), elektron ünvan: elvin_shirdanov@cbar.az

Elnur Musayev, telefon – (012) 493 11 22 (daxili 490), elektron ünvan: elnur_musayev@cbar.az.



Satınalmalar komissiyası