Xəbərlər

“Maliyyə Savadlılığı və peşəkar karyera” adlı təlim proqramında iştiraka dəvət

01-07-2021


Azərbaycan Respublikasının Mərkəzi Bankı və bir sıra bank-maliyyə qurumları tərəfindən həyata keçirilən “Maliyyə savadlılığı” silsilə tədbirləri çərçivəsində 12 iyul – 13 sentyabr 2021-ci il tarixlərində tələbə və məzunlar üçün “Maliyyə Savadlılığı və peşəkar karyera” adlı təlim proqramı həyata keçiriləcək.


• Proqram 2 mərhələli olacaq. 12 iyul - 23 avqust tarixlərində Mərkəzi Bank tərəfindən hazırlanmış onlayn kursları (edu.e-cbar.az) uğurla başa vurub sertifikat əldə etmiş tələbələr ikinci mərhələdə iştirak etmək hüququ əldə edəcəklər.

 

• Tələbələr ikinci mərhələdə Azərbaycan Mərkəzi Bankının bank-maliyyə qurumları ilə birgə təşkil etdiyi seminarlarda iştirak edəcəklər.


Proqramda tələbələr və yeni məzunlar iştirak edə bilərlər. Qeydiyyat üçün CV-ləri 09 iyul 2021-ci il tarixinədək maliyya_savadliligi@cbar.az ünvanına göndərməyiniz xahiş olunur.


Suallar olduğu təqdirdə iş günləri 10:00-dan 17:00-dək +994 12 4935058 (daxili 765) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


Qeyd: Təlimlərin virtual və ya fiziki keçirilməsi həmin tarixlərdəki şəraitə uyğun olaraq müəyyən ediləcəkdir.