Xəbərlər

Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri barədə

04-10-2021

2021-ci il; Bakı – 30 sentyabr 2021-ci il tarixində sığorta sahəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankında attestasiyalar keçirilmişdir.

Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 2 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub. 

Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 4.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

 

Attestasiyanın nəticələrinə dair məlumat

                                                                        (rəhbər işçilər)

 

Namizədin adı

Topladığı bal

1

İbrahimli Şücaət İlyas oğlu

87 bal

2

Haqverdiyev Gündüz İlqar oğlu

78 bal